Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-27 10:00:00
Daşkənd məktəblərində əlaçı şagirdlər hər ay 50 dollar təqaüd alacaqlar  

Yeni dərs ilindən Daşkənd məktəblərində təhsil alan əlaçı şagirdlər hər ay 500 min sum (50 dollar), müəllimlər isə 100 min sum (100 dollar) təqaüd alacaqlar.

Bu haqda Daşkənd şəhərinin rəhbəri Cahangir Artıqxocayev gənclərlə görüşündə bildirib. O deyib ki, paytaxt məktəblərinin hər birində riyaziyyat, fizika, biologiya, kimya və xarici dillər üzrə ən yaxşı 5 şagird seçiləcək, onlar və müəllimləri təqaüd alacaqlar.

C. Artıqxocayev bildirib ki, bu üsul şagirdlərdə həmin fənlərə marağın kəskin artmasına səbəb olacaq.

 

AZƏRTAC