Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-26 14:17:00
Peşə təmayüllü siniflərdə imtahanlar keçirilir  

Ümumi təhsil müəssisələrindəki peşə təmayüllü siniflərin ilk məzunları üçün ixtisas imtahanları keçirilir. 

 

AzEdu.az xəbər verir ki, imtahanların keçirilməsində əsas məqsəd təhsilalanların müxtəlif peşələr üzrə yiyələndikləri ilkin bilik və bacarıqların yoxlanılması, onların əmək bazarına, eləcə də peşə təhsilinə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

 

İmtahanlarda Bakı şəhəri üzrə 5 məktəbdə (117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblər) yaradılan peşə təmayüllü siniflərin məzunları iştirak edir. Öncə şagirdlər ixtisas fənləri üzrə nəzəri test imtahanlarına cəlb olunub. 25-26 may tarixlərində təşkil olunan praktik imtahanlarda isə məzunların müvafiq meyarlar üzrə səriştələri yoxlanılır. 

 

Müvafiq ixtisaslar üzrə nəzəri və praktik imtahanlarda topladığı ballara əsasən şagirdlərə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sertifikatlar təqdim olunacaq.