Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-14 13:10:00
Beyinlə kondisioner arasında inanılmaz əlaqə - ALİMLƏRDƏN İLGİNC ARAŞDIRMA...
Azedu.az-ın məlumatına görə, Moderator.az xarici mətbuata əsasən xəbər verir: Harvard universitetinin alimləri müəyyən ediblər ki, bərk istidə kondisionersiz otaqda olmaq və işləmək baş beyin üçün zərərlidir.
 
Mütəxəssislərin sözlərinə görə, əgər adam çox isti və bürkülü havada məcburən kondisionersiz otaqda vaxt keçirərsə, onun beyni normal fəaliyyət göstərməyəcək.
 
“Otaqda havanın temperaturu belə hallarda Selsi üzrə 24 dərəcəni keçməməlidir. Beyinin rahatlığı baxımından 20 dərəcəyə yaxın temperatur olmalıdır”, - Harvardın əməkdaşları söyləyir.
 
Bundan başqa, Boston ali məktəblərindən olan tələbələrlə aparılan eksperimentdə təsdiqlənib ki, isti beyini "dağıdır". Mütəxəssislər otaqlarında kondisioner olanlarla çox köhnə tikililərdə, müasir avadanlıq və kommunikasiya olmayan tələbələr arasında müşahidə aparıb.
 
Sınaqdan keçirilənlərə məntiqlə bağlı əqli tapşırıqları yerinə yetirmək təklif olunanda, məlum olub ki, yaddaş və düşüncənin itiliyinə görə kondisionersiz otaqlarda yaşayanların dərki və reaksiyası, kondisionerli otaqlarda yaşayanlarınkından 13% aşağıdır.
 
Layihənin müəllifləri bildirir ki, isti və bürkülü şəraitdə ürək-damar sistemi orqanizmdə qan dövranını lazımi səviyyədə yerinə yetirə bilmir, nəticədə koqnitiv funksiya aşağı düşür.