Təhsil İnstitutu tədqiqat mentorluq proqramının müsahibə mərhələsinə start verib.
İnstitutdan AzEdu.az-a verilən məlumata görə, 6 ay (iyun-dekabr, 2021-ci il) davam etməsi nəzərdə tutulan proqram üçün tədqiqat mentorları və mentiləri (mentorun tələbəsi) olmaq istəyən şəxslərin müraciətləri qəbul edilib.
Mentorluq üçün müraciət edən namizədlərin müsahibə mərhələsi bu gündən başlayıb. Menti olmaq istəyənlərlə növbəti həftə ərzində müsahibələr keçiriləcək. Proqrama müraciət edən namizədlərlə bağlı ətraflı məlumat infoqrafikada əks olunub.
Qeyd edək ki, mentorluq proqramı mövcud tədqiqat potensialının gücləndirilməsi və ölkədə keyfiyyətli tədqiqatların sayının artırılması məqsədilə həyata keçirilir. Proqramın iştirakçıları Təhsil İnstitutunda aparılan tədqiqat proseslərində elmi ədəbiyyatların nəzərdən keçirilməsi, dataların (məlumatların) toplanılması və təhlili, araşdırma hesabatının hazırlanması kimi fəaliyyətlərdə mütəmadi olaraq yer alacaqlar.
kitabı