Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 13:50:00
"İlin Gənc Müəllimi-2021"müsabiqəsinin yekun tədbiri - Şuşada döyüşən qalib, heyrətləndirən nəticələr - FOTOLAR

AzEdu Təhsil Portalı, Milli Məclisin Mədəniyyət Komitəsi və !Gənc müəllim" şəbəkəsinin təşkilati dəstəyi ilə keçirilən  “İlin Gənc Müəllimi - 2021" müsabiqəsinin qaliblərinin elan olunduğu yekun hesabat tədbiri keçirilib.

 

 

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, “İlin gənc müəllimi” müsabiqəsinin qalibi Elvin Səlimov, müsabiqə iştirakçıları, müəllim və təhsil ictimaiyyəti nümayəndələri iştirak edib.

 

 

Tədbiri giriş nitqi ilə layihənin rəhbəri, AzEdu MMC-nin baş direktoru Elşad Eyvazlı açıb. Layihə barəsində qonaqlara məlumat verən E. Eyvazlı  müsabiqənin yenilikçi müəllimlərin ictimaiyyətə tanıdılmasında çox böyük rol oynadığını vurğulayıb. 

 

Daha sonra AzEdu Təhsil Portalının baş redaktoru  Elmin Nuri "İlin gənc müəllimi-2021" müsabiqəsinin qiymətləndirmə prosesduru, qayda və meyarları barəsində məlumat verib.

 

Daha sonra söz Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor  Bəxtiyar Əliyevə verilib.  O,  “İlin gənc müəllimi” müsabiqəsinin fəaliyyətini təqdirəlayiq hesab edib:

 

”Müəllim peşəsi cəmiyyət üçün ən vacib sahələrdən biridir. Lakin etiraf etmək lazımdır ki, bu gün ən  böyük problemlərdən biri kənd yerlərində ayrı-ayrı fənlər üzrə müəllim çatışmazlığının yaşanmasıdır. Bu da həmin bölgələrdə təhsil alan şagirdlər üçün çətinliklər yaradır. Ona görə də gənc müəllimlərin fədakər əməyi qiymətləndirilməlidir. Bu onların motivasiyalarını artıracaq və nəticədə regionlarda daha savadlı şagirdlər yetişərək cəmiyyətə xeyir verəcəkdir”.

 

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə “Vətən müharibəsi”də iştirak edən təhsil işçilərini dərin ehtiramla anıb: “LMüsabiqənin qalibi olan Elvin Səlimov 44 günlük Vətən müharibəsində  örnək  müəllimlərdən idi. Onun simasında II Qarabağ savaşənda iştirak edən təhsil işçilərinə təşəkkür edir, şəhidlərə Allahdan rəhmət və qazilərə şəfa diləyirəm.  Müəllim sadəcə bilikləri öyrədən yox, həm də örnək bir şəxs olmalıdır. Bu baxımdan “İlin gənc müəllimi” olduqca əhəmiyyətli layihədir”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov da müsabiqənin əhəmiyyətindən bəhs edərək müəllimləri aktiv olmağa və ruhdan düşməməyə çağırıb.

 

Təhsil Nazirliyinin nümayəndəsi Elçin Kərimov müsabiqənin keçirilməsinin vacibliyini qeyd etməklə yanaşı,  meyarlarla bağlı təklif də irəli sürüb. 

 

 Daha sonra tədbirin moderatoru Elşad Eyvazlı müsabiqənin finalçılarına söz verib. Əvvəlcə  çıxış edən "İlin gənc müəllimi” müsabiqəsinin qalibi Elvin Səlimov isə çox sevincli olduğunu qeyd edərək əməyi keçən hamıya təşəkkür edib. O, həmçinin, Vətən Müharibəsinin iştirakçısı kimi öz döyüşçü yolundan da maraqlı məqamlardan söz açıb. Ardıncı isə ikinci yerin qalibi Təranə Möhsünova və III yerə sahiblənən Rəvan Məmmədov müsabiqədə iştirakları barəsində danışıblar. 

 

 

Sonda isə digər müsabiqə iştirakçıları və layihənin əvvəlki qalib müəllimlərin fikirlərini bildirərək “ilin gənc müəllimi” müsabiqəsinin əhəmiyyətini vurğulayıblar.

 

 

Qeyd edək ki, "İlin gənc müəllimi-2021" müsabiqəsi Müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

 

 

Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı, (Şuşa, Füzuli, Cəbrayıl və Xocalı istiqamətində gedən döyüşlərin  iştirakçısı)  Səlimov Elvin Zahid oğlu ən yüksək göstərici ilə “İlin gənc müəllimi-2021” müsabiqəsində birinci yerə layiq görülüb. Münsiflərin dəyərləndirməsinə əsasən 67, 5, səsvermənin nəticələrinə görə  isə 11 bal  toplayan müəllim ümumilikdə 78,5 bal nəticə göstərib.  

 

 

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi  Möhsünova Təranə Nəcəf qızı 76,4 balla  ikinci yerə layiq görülüb. (Münsiflər: 62,7, səsvermə - 13,7).

 

 

Üçüncü yerə isə ümumilikdə 73,4 bal toplayan Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin Kimya müəllimi Məmmədov Rəvan Kərim oğlu sahiblənib. (Münsiflər: 62,2; səsvermə:11,2)

 

 

Digər 7 yeri isə ardıcıllıqla diqqətinizə çatdırırıq:

 

 

4.Əzizova Mələk - Azərbaycan Britaniya Kolleci – 66,1 bal ( Münsiflər:63; Səsvermə: 3,1)

5.İsmayılova Gülnar - Laçın rayon Mişni kənd tam orta məktəbi; 63,8 bal ( Münsiflər:51,8; Səsvermə:-12)

6.Bayramova Gülər– Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta məktəb – 62,2 (Münsiflər: 51,5, səsvermə:10,7)

7.Babayeva Aysel -5 N-li Respublika xüsusi internat məktəbi; 61,8 bal (Münsiflər: 49,5; səsvermə:12,3)

8.Rzazadə Babək - Astara şəhər 1 saylı tam orta məktəb; 61,3 bal (Münsiflər:57,2; səsvermə:4,1)

9.Rüstəmli Nemət - Ağdam rayon 91 nömrəli tam orta məktəb;60,4 bal (Münsiflər: 51,3; səsvermə:9,1)

10.Alızadə Aysel - Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəb; 59,4 bal; (Münsiflər: 47,2; səsvermə:12,2)

Şükufə Süleymanlı
Müəllifin digər yazıları