Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 08:30:00
"İlin gənc müəllimi -2021” müsabiqəsinin qalibləri məlum oldu-SİYAHI

 

 

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2021" müsabiqəsində qaliblər müəyyən edildi.

 

AzEdu.az xəbər verir ki,  müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

 

Müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

 

Beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi”  3 turda həyata keçirilir. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurublar. Hər bir müəllim şəxsən özü  forma daxil olaraq  ona təqdim olunan sualları cavablandırmalıdır.

 

 

 

Qeyd edək ki, çoxsaylı müraciətləri nəzərə alaraq 35 yaşa qədər qoyulan limit aradan götürülür, yüksək nəticələri nəzərə alınmaqla bəzi hallarda 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı verilib.

 

İlk dəfə olaraq budəfəki müsabiqədə ötənlərdən fərqli olaraq, onluqdakı finalçılar arasından qaliblərin qiymətləndirilməsi fərqli qaydada aparıldı və onluqdakı iştirakçılar da bunu məmnuniyyətlə qarşıladı: 100 ballıq sistemə əsasən səsvermənin nəticələri maksimum 20 bal götürüldü. Qalan 80 bal isə məhz münsiflər tərəfindən iştirakçıların göstəricilərinə, qeyd olunan meyarlara görə verildi.

 

 

Səsvermə ilə 20 bal meyarının saxlanmasına səbəb: XXI əsrin yenilikçi müəllimlərinin həm də sosial aktivliyini, onların sosial şəbəkələrin hakim olduğu dünyada özlərini nə dərəcədə aktiv və faydalı sima kimi doğrultduğunu öyrənmək.  80 faiz isə müsabiqənin tələb olunan meyarlarına münsiflərin verdiyi ballara görə müəyyən olundu.

 

 

Beləliklə, münsiflər tərəfindən gərgin rəqabətli dəyərləndirmə (maksimum 80 bal) və səsvermənin nəticələri (maksimum 20 bal)   əsasında ilk üçlük müəyyən edilib.

 

Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı, (Şuşa, Füzuli, Cəbrayıl və Xocalı istiqamətində gedən döyüşlərin  iştirakçısı)  Səlimov Elvin Zahid oğlu ən yüksək göstərici ilə “İlin gənc müəllimi-2021” müsabiqəsində birinci yerə layiq görülüb. Münsiflərin dəyərləndirməsinə əsasən 67, 5, səsvermənin nəticələrinə görə  isə 11 bal  toplayan müəllim ümumilikdə 78,5 bal nəticə göstərib.  

 

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi  Möhsünova Təranə Nəcəf qızı 76,4 balla  ikinci yerə layiq görülüb. (Münsiflər: 62,7, səsvermə - 13,7).

 

Üçüncü yerə isə ümumilikdə 73,4 bal toplayan Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin Kimya müəllimi Məmmədov Rəvan Kərim oğlu sahiblənib. (Münsiflər: 62,2; səsvermə:11,2)

 

Digər 7 yeri isə ardıcıllıqla diqqətinizə çatdırırıq:

 

4.Əzizova Mələk - Azərbaycan Britaniya Kolleci – 66,1 bal ( Münsiflər:63; Səsvermə: 3,1)

5.İsmayılova Gülnar - Laçın rayon Mişni kənd tam orta məktəbi; 63,8 bal ( Münsiflər:51,8; Səsvermə:-12)

6.Bayramova Gülər– Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta məktəb – 62,2 (Münsiflər: 51,5, səsvermə:10,7)

7.Babayeva Aysel -5 N-li Respublika xüsusi internat məktəbi; 61,8 bal (Münsiflər: 49,5; səsvermə:12,3)

8.Rzazadə Babək - Astara şəhər 1 saylı tam orta məktəb; 61,3 bal (Münsiflər:57,2; səsvermə:4,1)

9.Rüstəmli Nemət - Ağdam rayon 91 nömrəli tam orta məktəb;60,4 bal (Münsiflər: 51,3; səsvermə:9,1)

10.Alızadə Aysel - Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəb; 59,4 bal; (Münsiflər: 47,2; səsvermə:12,2)