Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-14 09:40:05
Bütün qruplar üzrə ixtisas seçimi TARİXLƏRİ

Qəbul imtahanlarına bir həftədən az bir müddət qalıb. İxtisas seçimlərinə isə iyulun sonundan etibarən başlanacaq.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, I,II,III,IV və V ixtisas qrupları üzrə ixtisas seçimi 30 iyul-13 avqust tarixlərində aparılacaq. Abituriyentlərdən ixtisas seçimində xüsusi diqqətli olmaları tələb olunur.

Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə yay qəbul imtahanları 18 iyul, II-III ixtisas qrupları üzrə isə 26 iyul tarixlərində keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları