Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-21 16:23:00
MDU vaksinasiya ilə bağlı maarifləndirmə və təbliğat işlərini gücləndirir

Mingəçevir Dövlət Universitetində (MDU) vaksinasiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə iclas keçirilib.

 

AzEdu.az xəbər veeir ki, MDU-nun rektoru Şahin Bayramov pandemiya şəraitində Azərbaycanda dövlət tərəfindən həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərdən danışıb. Dövlət siyasətinin mərkəzində insan amilinin, o cümlədən vətəndaşların sosial rifahı və sağlamlığının dayandığını qeyd edən rektor vaksin əldə edən ilk ölkələrdən biri olaraq respublikada koronavirusa qarşı aparılan mübarizə modelinin dünyada nümunəvi qəbul edildiyini diqqətə çatdırıb. 

 

Vaksinasiya prosesinə, ilk növbədə, xüsusi həssas qruplara aid və yaşı 65-dən çox olan insanlardan başlanıldığını bildirən Ş.Bayramov hazırda, digər yaş kateqoriyaları, o cümlədən 18 yaşdan yuxarı vətəndaşların peyvənd olunması üçün bütün zəruri imkanların yaradıldığını bildirib.

 

Digər məsələlərdə olduğu kimi, vaksinasiya prosesində də MDU kollektivinin fəallıq nümayiş etdirdiyini vurğulayan rektor universitetin 90 faizdən çox əməkdaşının peyvənd olunduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Pandemiya şərtlərinin yüngülləşməsində, eləcə də ənənəvi təhsilin bərpa olunmasında vaksinasiyanın əhatə dairəsinin genişlənməsinin önəmindən bəhs edən Ş.Bayramov bununla əlaqədar maarifləndirmə işlərində MDU ailəsinin bütün üzvlərini daha fəal olmağa çağırıb və bu istiqamətdə müvafiq tövsiyələrini verib.