Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 17:00:00
Ceyhun Bayramov Avropa Komissiyasının nümayəndə heyyətilə görüşüb - FOTO

Təhsil naziri Ceyhun Bayramov Avropa Komissiyasının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin idarəetmə komitəsinin ilk iclasında iştirak etmək üçün ölkəmizə gəlmiş Fransa, Litva və Latviyadan olan nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, hər üç ölkədən olan layihə rəhbərləri ilə yanaşı, həmin ölkələrin ali təhsil üzrə qısamüddətli ekspertlərinin də qatıldıqları görüşdə cari ilin aprel ayından icra olunan Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə edilib, layihənin həyata keçiriləcəyi iki il ərzində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.