Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-18 10:12:00
MDU-nun tələbələri ümummilli liderin 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Təhsil İdarəsinin birgə keçirdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Əbədiləşən şəxsiyyət” adlı onlayn şəhər müsabiqəsində müxtəlif nominasiyalar üzrə uğurlu nəticələr əldə ediblər.

 

AzEdu.az xəbər verir ki, MDU-nun tələbələrindən şeir nominasiyası üzrə I yerə Türkan Cəfərli, II yerə Narınc Quliyeva, III yerə Gültən Məmmədova, musiqi nominasiyası üzrə I yerə Zamin Cəfərov, III yerə Maral İsmayılova, həvəsləndirici yerə Yusif Hacıyev və inşa nominasiyası üzrə I yerə Gültəkin Musazadə, II yerə Sevinc Cəbrayılova, III yerə Gülnaz Tarverdiyeva layiq görülüb. Qaliblər müvafiq diplomlarla təltif ediliblər.

 

Qeyd edək ki, onlayn müsabiqəyə Mingəçevir şəhərinin ali, orta-ixtisas və peşə təhsil müəssisələrini, ümumtəhsil məktəblərini təmsil edən 158 nəfər tələbə və şagird qatılıb.