Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-18 10:12:00
“Onlayn dərslər müəllimlərin iş yükünü artırdı”-Təhsil eksperti

“Bu gün dünyada tüğyan edən koronavirus pandemiyası bir çox sahələrdə əsaslı çətinliklər yaradıb. Bunlardan biri və ən vacibi də təhsil sahəsidir. Heç düşünməzdik ki, nə zamansa canlı ünsiyyət qurmaqdan ehtiyat edə bilərik. Aylardır ki, insanın insandan qaçdığı dövrü yaşayırıq. Təhsildəki çətinliklər bizi daha çox narahat edir”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib. O, Təhsil Nazirliyi tərəfindən atılan addımları yüksək qiymətləndirdi:

 

 “1 ildən artıqdır ki, məktəblər şagird səsinə həsrət qalıb. Bunlarla yanaşı, Təhsil Nazirliyi təhsildə yaranan boşluqları aradan qaldırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirdi. Bunun nəticəsində yaranan problemlərin həllinə nail olundu. İki telekanalda tele-dərslərə start verildi, həmən sonra Virtual məktəb layihəsi tətbiq edildi”.

 

“Onlayn dərslər müəllimlərin iş yükünü artırdı”

 

“Müəllimlər onlayn dərslər keçməklə bərabər, şagirdlərə psixoloji istiqamətdən də dəstək olmağa çalışdılar. Onlayn dərs mühitində müəllimlərin iş yükü əvvəlkindən daha da artdı. Bunlarla yanaşı müəllimlər də, şagirdlər də öz sinif otaqları, tənəffüsdə çalınan zəng səsləri ümumilikdə məktəb mühiti üçün darıxıblar. İlin əvvəlində sentyabr ayında ənənəvi dərslər qismən bərpa olunsa da, koronavirusa yoluxma sayının artması səbəbindən davam etdirilə bilmədi. Bu gündən qismən də olsa ənənəvi təhsilə başlanıldı. Hətta summativ qiymətləndirilmələr də əyani şəkildə aparılacaq. Əyani təhsilin vacibliyi xüsusilə ibtidai siniflər üçün önəmlidir. Onlar qələm tutmağı, parta arxasında əyləşməyi, məktəb mühitini əyani öyrənməli və görməlidirlər. Həmçinin texniki problemlər yaşandıqda şagird dərslərdən geri qalır və bu onlayn təhsilin ən çətin və narazılığa səbəb olan tərəfidir”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları