Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 15:27:00
Alimlər gündüzlər yatmağın beş xeyrini açıqladı

Yeni tədqiqatlar intelektual işlə məşğul olanlara gündüzləri yatmağı tövsiyyə edir.


“Google” və “Facebook” kimi şirkətlər bunun üçün hətta xüsusi kabinetlər quraşdırıb.

 

Hər dəfə nahardan sonra səni yuxu basır? Sən tənha deyilsən. Uinston Çerçill, Albert Eynşteyn və Leonardo da Vinçi bunu edirmiş.


Əslində Qərbdə “güc yuxusu” adlanan gündüz mürgüləməyi getdikcə populyarlıq yığır. Hakimlər düşünür ki, bu, xüsusən də ağıl ilə bağlı işdə işləyənlər üçün olduqca xeyirlidir. Sizə bu xeyirlərdən bir neçəsini təqdim edirik.


1. Günorta yatanlar başqaları ilə müqayisədə işdən evə qayıdarkən 50% az avtomobil qəzasına uğrayır


Məsələ ondadır ki, sözügedən yuxu diqqətliliyi artırır. Alimlər bunun texniki səbəblərini bilmirlər. Onlar ehtimal edir ki, yuxu zamanı beyin günün birinci yarısında toplanan toksinlərdən qurtula bilir.


2. Həftədə heç olmasa iki dəfə gündüz yata bilən insanlar ürək-damar xəstəliklərindən 48% az əziyyət çəkirlər.


Nəzərə aslaq ki, bu xəstəliklər orta yaşlı kişilərin ən əsas təhlükəsidir, məsləhətlidir ki, öz işçiləriniz günorta yatmağa imkan yaradasınız.


3. Təxminən 10 dəqiqəlik mikroyuxu diqqət konsentrasiyasını yüksəldir.


30 dəqiqədən yuxarı olan yuxu isə, əksinə reaksiyanı yavaşladır. Lakin bu zaman yaddaş və öyrənmə qabiliyyəti güclənir. Ağır yuxu zaman yeni neyron əlaqələri yaranır ki, buda qeyd edilən bacarıqlara müsbət təsir edir.


Ona görə də qərbdə ağıllı şirkət rəhbərləri öz işçilərinə nahardan sonra 1 saatlıq yuxu imkanı yaradır.


4. Gündüz yuxusu motorikanı gücləndirir


Alimlər müəyyən ediblər ki, gündüz vaxtı yatan insanlar əl işlərini daha keyfiyyətli görür və yeni bacarıqlara daha tez yiyələnə bilir.


5. Gündüz 30-40 dəqiqə arası yuxu qocalıqda demensiyadan xilas edir


Daha bir tədqiqat sayəsində məlum olub ki, günortaları 1 saat ərzində yatmağı xoşlayan 70 yaşından yuxarı insanlar digərləri müqayisədə daha yaxşı yaddaşa və sağlam şüura malik olur.


Bir sözlə gündüz yuxus həm sənin ömrünü uzadır, həm də bir işçi kimi dəyərini. (gent.az)


Saglamolun.Az