Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 14:37:00
Zəkalı olmağa kömək edən İNANILMAZ ÜSUL

Alimlər sübut edir ki, bağırsaqlarda yaşayan mikroorqanizmlər insan sağlamlığına çox böyük təsir edir.


Bu təsir o dərəcədə ciddidir ki, bəzi alimlər hətta bağırsaq mikroflorasını ayrı orqan kimi qəbul etməyi çağırır.


Yeni araşdırma zamanı Avstriya mütəxəssisləri aşkar ediblər ki, bağırsaq mikroflorası insan beyinin fəaliyyətinə və zəkasına ciddi təsir edir.


AzEdu.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada iştirak edənlərin 1 qrupu 4 həftə ərzində bağırsaq mikroflorasını yaxşılaşdıran probiotikləri qəbul edirdi, digər qrup isə probiotikləri qəbul etmirdi.


4 həftə və bundan çox müddət ərzində probiotikləri qəbul edən iştirakçılar onlara verilən test tapşırıqlarını daha yaxşı həll edirdi, qərar verəndə daha az tərəddüd edirdi. Bu onu sübut edir ki, bağırsaq mikroflorası beyinin fəaliyyətinə kifayət qədər ciddi təsir edir və mikrofloranın yaxşılaşması da beyinin fəaliyyətini stimullaşdırır.