Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-17 14:13:00
Bakıda müəllimlərin 70 faizi vaksinasiyadan keçib  

"Martın 3-dən müəllimlərin vaksinasiyasına başlanılıb. Aprel ayından isə bu prosesdə yaş həddi götürülüb".


AzEdu.az bildirir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.

 

O bildirib ki, Bakıda müəllimlərin vaksinasiyası 10 məntəqədə həyata keçirilir. Artıq Bakıda təhsilverənlərin 70 faizi vaksinasiyadan keçib: "Normal təhsilə qayıtmağın tək yolu vaksinasiyadan keçməkdir. Müəllimlər də bu prosesdə öndə oldular".