Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 17:35:00
Peyvənd olunanların sayı AÇIQLANDI  

Azərbaycanda son sutkada 17623 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4455 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 13168 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1795049 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1030831 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 764218 nəfərdir.