Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 16:45:00
"Adaptasiya problemi ənənəvi tedris tam yoluna düşəndə həll olunacaq”-Psixoloq

“Virus infeksiyası təhsil sistemini bir müddət yubadacaq”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında klinik psixoloq Sevinc Əliyeva deyib.

 

 

Belə ki, 17 may tarixindən etibarən ənənəvi tədris qismən bərpa edilir. Lakin son bir ildə təhsil sistemi dəfələrlə açılıb-bağlanmaya məruz qalıb. Bu, da şagirdlərin psixologiyasına ciddi təsir edib:

 

 

“1 ildən çoxdur ki, pandemiya ilə əlaqədar məktəblər fasilələrlə çalışır. Uzun müddət tədris online şəkildə  davam etdi. Yeni vaxtlarda bu açılıb-bağlanmalar çətinlik və adaptasiya problemləri yaradırdı. Xüsusən də, aşağı yaş qrup məktəbliləri bu uyğunlaşmada çətinliklər yaşayırdı.

 

 

Hiss olunur ki, virus infeksiyası təhsil sistemini bir müddət yubadacaq. Adaptasiya problemləri isə ənənəvi tedris tam yoluna düşəndə həll olunacaq. Bu zaman isə kollektivlərlə dərs keçilməsi şagirdlərin uyğunlaşmasında çətinlik törədəcək. Bu problemi ən çox məktəbə hazırlıq ve ibtidai sinif  şagirdləri yaşayacaq.

 

 

1 ilden çox müddətdə hibrit sistem davam etdiyi üçün bir növ “yeni sistemə" uyğunlaşma getdi.   "Bu yeni sistem"də şagirdlərin  vaxt baxımından daha çox zamanlari qaldı. Onların vaxtlarının səmərəli teşkil edilməsi  valdeyinlərin üzərinə düşdü. Dərs ilinin sonu artıq yaxınlaşmaq üzrədir. Bu şagirdlərin inkişaflarını səmərəli şəkildə olmasına şərait yaradacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları