Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 16:10:00
SAT imtahanı nədir və onun nəticəsilə ADA-da necə təhsil almaq olar? –DİQQƏT

 

Xaricdə  təhsil  almaq  üçün  bəzi  ölkələr  tərəfindən  nəticəsi  tələb  olunan  imtahanlardan  biri  də  SAT-dır.

 

SAT (Scholastic Aptitude Test) imtahanı  ilk  olaraq  Amerikada  bakalavr təhsili  almaq  istəyən  Amerikan  və  xarici  vətəndaşlar  üçün  təşkil  edilən  imtahan   idi. Ancaq  daha  sonra  digər  ölkələrdə  bu  imtahandan  istifadə  etməyə  başladı . Hazırda  isə  azərbaycanlı  gənclər  SAT  imtahanı  vasitəsilə  daha  çox  Türkiyənin  prestijli  dövlət  universitetlərinə  qəbul  üçün  müraciət  edir. Azərbaycanda  ilk dəfə olaraq  TQDK-nın  2015- ci  ilin  yanvar  ayının  24 – də  SAT  imtahanı  götürməsinə  baxmayaraq, əvvəllər  başqa  bir  sıra  qurumlarda   bu  imtahanı  həyata  keçirilirdi. SAT  imtahanı  vasitəsi  ilə azərbaycanlı  tələbələr  ADA  Universitetinədə  qəbul  ola  bilərlər.

 

SAT  imtahanı  SAT 1  və  SAT 2  olmaqla  iki  hissəyə  bölünür

 

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından  ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla  3  hissədən  ibarətdir. Hər  bir  hissə  isə 200-800  arası  balla  qiymətləndirilir. Amerika  universitetlərinə  qəbul olmaq üçün  bu  3 bölmənin  hər  birindən  imtahan  verməlisiniz, lakin Türkiyə universitetləri  üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli  bir  universitetə  qəbul  olmaq  üçün  hər  iki  bölmədən  bir  yerdə 1200 baldan  yüksək  yığmalısınız  məsələn  İstanbul  universiteti  1250  bal  tələb edir.

 

SAT 2  “Subject  Test”  isə 1  saatlıq  bir  test  imtahanıdır

 

Bu  bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çİn dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına  gərək  yoxdur.

 

SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə müsabiqədə iştirak etmək üçün nə etmək lazımdır?

 

“ADA” Universitetinin bakalavriat səviyyəsinə qəbul iki yolla aparılır: 

 

1.DİM-in keçirdiyi qəbul imtahanlarının nəticələri vasitəsilə; 
2. Beynəlxalq SAT imtahanı nəticəsi vasitəsilə. 

 

“ADA” Universitetinin  ixtisaslarının  mü­sabiqəsinə  beynəlxalq  SAT  imtahanı  üzrə  ən  azı  1000  bal toplayan (esse tələb olunmur), həmçinin  ya IELTS  Academic  üzrə  minimum  5.5,  ya  IBT  üzrə  minimum  62,  ya  PTE üzrə  minimum  42  və  ya  Duolingo  English  Test  üzrə  minimum 90 balı olan  abituriyentlər  də  buraxılırlar. Qeyd  olunan  şərtləri  ödəyən abituriyentlər  təyin  olunacaq  vaxta  kimi  DİM-də “Abituriyentin elektron ərizəsi” formasını  təsdiq  etməklə  yanaşı  “ADA” Universitetinin  də  elektron ərizə formasını  universitet  tərəfindən  müəyyən  olunmuş qaydada doldurmalıdırlar, həmçinin  SAT  və  IELTS  Academic  (və ya IBT, yaxud digər tələb olunan) imtahanlarının  nəticə­lərini  DİM- ə (elektron və kağız formada)  və “ADA” Universitetinə  (elektron  formada) təqdim  etməlidirlər. 

 

“ADA” Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olunmaq istəyən abituriyentlərin “Azərbaycan dili” (dövlət dili kimi) imtahanından “məqbul” almaları  tələb olunur.

 

“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına  SAT  imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

 

Namizədlər imtahan  nəticəsi  ilə  univertsitetə  qəbul  üçün  müraciət  etdikdən  sonra “ADA” Universitetinin  pedaqoji  heyətindən ibarət komissiya tərəfindən keçiriləcək müsahibədə iştirak eməlidirlər. Müsahibə,  əsasən, sənəd qəbulu prosesi  bitdikdən  sonra  keçirilir.

 

Qeyd  edək  ki, SAT  imtahanı  ildə  7 dəfə, ortalama  hər  iki  aydan  bir keçirilir.