Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-10 11:05:00
Qidalara vurulan bu rəng xərçəng yaradır-Araşdırma

E171 etiketli süni boya olan titan dioksid artıq təhlükəsiz hesab edilmir.


AzEdu.az medicina.az-a istinadən bildirir ki, bununla bağlı Avropa Qida Təhlükəsizliyi Agentliyinin (EFSA) alimləri xəbərdarlıq ediblər.

 

EFSA Qrupunun prezidenti Majed Younes deyib, "Mövcud bütün elmi araşdırmalara və məlumatlara əsaslanaraq qrupun titan dioksidin pəhriz əlavəsi kimi təhlükəsiz hesab edilə bilməyəcəyi qənaətinə gəlmişəm"


Mütəxəssisin fikrincə, elm adamları bu maddənin genotoksikliyini, yəni DNT-yə zərər vermə qabiliyyətini istisna etmirlər. Titan dioksidin hüceyrələrdə yığılması və xərçəngə səbəb olması mümkündür.

 

Qeyd edək ki, məşhur boya E171 qida sənayesində istifadə olunur. Bunun sayəsində məhsullar cəlbedici görünür və vitrin ömrü uzanır. Kosmetikalarn, boyaların və dərmanların tərkibinə əlavə edilir.