Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-10 11:02:00
Kembric Universitetinin professoru magistrantlara mühazirələr keçəcək

Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Beynəlxalq hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov magistrantlara mühazirələr keçəcək. Alimin MBBİ-nin I kurs magistrantları üçün “Biologiyanın müasir problemləri” və “Struktur biologiyanın üsulları” ixtisas kurslarından mühazirələri bu gündən başlayır.

 

MBBİ-dən AzEdu.az-a bildirilib ki, mühazirələr həftənin I günləri saat 15:00–17:00–da, II, III, IV günlər 12:00-14:00-da, 15:00-17:00-da olacaq.

Arzu edənlər institutun saytında verilmiş link vasitəsilə mühazirələrdə iştirak edə bilərlər.

Tel: (+994 50) 450 04 16
E-mail: [email protected], [email protected]