Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 14:19:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyi dörd peşə ixtisası üzrə təhsil sənədi əldə etmək imkanı təqdim edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) mobil telefonların təmiri ustası, qənnadıçı-şirniyyatçı, bərbər və plastik boru qaynaqçısı ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı təqdim edir.

TKTA-dan AzEdu.az-a bildirilib ki, qeyd olunan ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə biliklərə yiyələnənlər səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatla agentliyin saytında tanış ola və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Qiymətləndirmə nəticəsi müsbət yekunlaşan şəxsə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçiyə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom təqdim ediləcək.