Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 13:06:00
Builki qəbul imtahanlarında ballar necə hesablanacaq?-DİM

Abituriyentləri ən çox narahat edən məsələlərdən biri də qəbul imtahanlarında balların hesablanması qaydasıdır.

Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir.

Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar 0, 1 və ya 2 balla, digər açıq və qapalı tipli tapşırıqlar isə 0 və ya 1 balla qiymətləndirilirlər. Abituriyentin qəbul imtahanı üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir. Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:

Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır: NB=NB(a)+ NB(q)   

 Burada NB – fənn üzrə nisbi bal; NB(q)– qapalı tipli test tapşırıqları üzrə nisbi bal; NB(a) – açıq tipli test tapşırıqları üzrə nisbi baldır.

NB(q)= (D(q)-1/4*Y(q))*100/33

 D(q) – qapalı tipli test tapşırıqları üzrə doğru cavabların sayı, Y(q) – qapalı tipli test tapşırıqları üzrə yanlış cavabların sayıdır. Qeyd edək ki, hesablamanın nəticəsi mənfi alınarsa, NB(q)=0 götürülür.

NB(a)=( D(a)*100/33)

 D(a)– açıq tipli test tapşırıqları üzrə balların cəmidir. 

 

Açıq tipli test tapşırıqları üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları