Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 11:25:00
Kollec  tələbələrinin ali məktəblərə müsabiqəsiz qəbulunun qaydaları  nə zaman  müəyyənləşdiriləcək? – Rəsmi cavab

“Təhsil haqqında” Qanuna olunan dəyişikliklərə əsasən, kollec məzunları ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul oluna biləcəklər. Hazırda kollec məzunlarını maraqlandıran  əsas məsələ isə bu qanunun kimlərə şamil olunacağı, hansı göstəricilərin əsas götürüləcəyidir.

Ümumiyyətlə, müsabiqədənkənar dedikdə daha dəqiq nəzərdə tutulan nədir?

AzEdu.az  xəbər verir ki, bu haqda  Təhsil TV-nin  “Həftənin sualı” verlişində Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, bu qəbulun şərtləri 5 ay müddətində hazırlanacaq qaydalarda əks olunacaq:

“Ali təhsil müəssisələrinin  bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu və bununla əlaqədar  qaydaların hazırlanması nəzərdə tutulub.  Qaydalar 5 ay müddətində hazırlanmalı və təsdiqə təqdim edilməlidir.

Burada  söhbət  yalnız  müvafiq  ixtisaslar  üzrə qəbul qaydasından gedir. Yəni, bir şəxs kolleci Avtomobil yollarının tikintisi və istismarı ixtisası üzrə bitiribsə, o, ali məktəbdə topladığı kreditlər nəzərə alınmaqla, yalnız  eyni və ya ona çox yaxın ixtisas üzrə müsabiqədənkənar qəbul oluna biləcək. Qəbul prosedurları və şərtləri isə yeni hazırlanacaq qaydalarda öz əksini tapacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları