Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 09:42:00
Dünən keçirilən imtahanların nəticələri bu tarixdə AÇIQLANACAQ  

Dövlət İmtahan Mərkəzində (DİM) 2021-ci il mayın 15-də TOEFL iBT imtahanları keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, imtahanlar iki növbədə DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

Günün birinci yarısında keçirilən imtahanda 8, ikinci yarısında keçirilən imtahanda isə 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının mayın 22-də keçirilməsi nəzərdə tutulur.