Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-14 13:15:00
Yerdəyişmə üçün qeydiyyat ünvanın yaşayış ünvanından fərqli olması ilə bağlı sənədə ehtiyac var? – Rəsmi CAVAB

Yerdəyişmə  ilə  bağlı  müəllimləri  maraqlandıran  suallardan  biri  də  faktiki  yaşayış  ünvanı  ilə  bağlıdır.

 

Belə  ki, bəzi  müəllimlər  qeydiyyatda  olduğu  ünvana  yaxın  məktəbdə  işləməsinə  baxmayaraq  daimi  yaşayış  yeri  fərqlidir.  Bu  halda  müəllim  həmin  məktəbdən  faktiki  yaşayış  ünvanına  yaxın  olan  məktəbə  yerdəyişmə  etmək  istəyir.

 

Bəs  bu  halda  yerdəyişmə  üçün  hər hansı  sənədə  ehtiyac  varmı?

 

AzEdu.az  xəbər  verir  ki,  mövzu  ilə  bağlı  Azərbaycan  Respublikası  Təhsil İnstitutunun  nəzdində  İnsan  Resursları  Mərkəzindən  məlumat  verilib.

 

Məlumatda  bildirilir  ki, iş  yerinizi  həvəsləndirmə  tədbirləri  tətbiq  edilən müəssisəyə  dəyişmirsinizsə, qeyd  olunan  sənədin  yüklənilməsi  mütləq  deyil.

 

Qeyd  edək  ki, 2021-2022-ci  tədris  ili  üçün  müəllimlərin  iş  yerinin  dəyişdirilməsi  müsabiqəsi  üçün  elektron  sənəd  qəbulu  16 may  saat  23:59-dək  davam  edəcək.