Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-12 16:34:00
Ümumtəhsil müəssisələri özəlləşdirilə bilər? – Yalnız bu halda  

Təhsil müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəхslər tərəfindən оnun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

 

Təhsil müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq, təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, madditexniki baza və digər əmlakla təmin edilir.

 

AzEdu.az "TƏHSİL HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA istinadən xəbər verir ki, dövlət təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

 

Dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır. Yalnız məktəbəqədər təhsil müəssisəsiləri özəlləşdirilə bilər.

 

Dövlət təhsil müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə tənzimlənir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları