Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-11 12:44:00
Az yatanlara ÜZÜCÜ XƏBƏR: Bu yaşdan sonra ağıl itə bilər - ARAŞDIRMA

İngiltərə alimləri orta yaşlı yetkinlər üzərində apardıqları araşdırma ilə 6 saat və daha az yatan adamlarda sonrakı yaşlarda ağlını itirmə riskinin daha yüksək olduğunu üzə çıxarıblar.


Bu barədə "The Wall Street Journal"ın yazır.


Qeyd edilib ki, araşdırma gecələr 6 saat və daha az yatan 50 yaş aralarında olanların növnəti dövrlərdə ağlını itirmə ehtimalı eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 22 faiz yüksək olduğunu göstərib.


Ağlını itirmə kimi zehni sağlamlıq problemi riski gecələr 6 saat və daha az yatan 60 yaş aralarında olan adamlarda isə eyni yaş qrupunda gecələr 7 saat yatanlara görə 37 faiz yüksək olur.


Alimlərin bir qrupu isə az yatmağın ağlı itirməyə səbəb olub-olmayacağı barədə bitərəfdir.

 

İngiltərə alimləri iştirakçılara hər 4-5 ildə bir anketlər verərək onların yuxu nizamları ilə bağlı məlumatlar toplayıblar. Növbəti yaşlarda görünən zehni sağlıq problemləri ilə az yatmaq arasında əlaqə olduğu qənaətindədirlər.

 

Araşdırma zamanı 1985-ci ildən etibarən təxminən 8 min adam izlənilib. 25 ildən çox icra edilən elmi təcrübə bu sahədəki ən uzun ardıcıl araşdırma qəbul edilir. (publika.az)