Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-10 17:05:00
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində virtual “Açıq qapı” günü təşkil olunacaq  

Mayın 18-i saat 11:00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanışlıq məqsədilə virtual “Açıq qapı” günü təşkil olunacaq.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə,  onlayn tədbirdə agentliyin İşəgötürənlərlə iş və innovatativ layihələr şöbəsinin aparıcı məsləhətçisi Natəvan Ağayeva, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova, "JW Absheron Marriott Hotel”in İnsan resursları üzrə direktoru Sevinc Purvis, “Fairmont Baku Hotel”in Heyətin idarə olunması departamentinin direktor müavini Fidan Hüseynova, “Astola Hotel”in mehmanxana inzibatçısı Toğrul Kərimli iştirak edəcək.

 

Virtual “Açıq Qapı” günündə mərkəzdə tədris prosesinin təşkili, məzunların işlə təminatı, işəgötürənlərlə əməkdaşlıq müzakirə olunacaq. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin infrastrukturu ilə tanışlığa imkan yaradılacaq.