Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-10 14:40:00
Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan “Təhsil” kuboku yekunlaşdı

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş beynəlxalq onlayn “Təhsil” kuboku başa çatıb.
 

AzEdu.az-ın məlumatına görə, yarış Təhsil Nazirliyi, Milli Məclisin Gənclər və İdman Komitəsi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
 

Tornelo portalı üzərindən onlayn təşkil olunan yarışda 24 ölkədən 190 şahmatçı iştirak edib.  Yarışa beynəlxalq reytinq əmsalı 2300-dən yuxarı olan 21 şahmatçı  qatılıb.
 

Yarışda I yerə Özbəkistan təmsilçisi Cavahir Sindarov,  II yerə Azərbaycan təmsilçisi Xəzər Babazadə, III yerə Hindistan təmsilçisi Raunak Sadvani layiq görülüb.
 

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin müddətində şahmatçıların asudə vaxtlarının səmərəli təşkili, şahmatçıların müasir texnologiyalardan istifadə etməklə oyun təcrübəsinin artırılmasından ibarət olub.