Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 16:12:00
Nazir əyani tədrisin bərpasından danışdı – Başqa nə gözlənilir?

 

 

Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev facebook canlı yayımında deyib.

 

 

O, əyani tədrisə qayıtmağın tərəfdarı olduğunu deyib:

 

 

“İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər. Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları