Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 14:47:00
“Təhsil” kubokunun finalında Azərbaycanın 12 şahmatçısı mübarizə aparacaq

Mayın 8-də 17 yaşadək şahmatçılar arasında ikinci beynəlxalq “Təhsil” kubokunun final mərhələsi keçiriləcək.

AzEdu.az xəbər verir ki, onlayn keçirilən yarışın həlledici mərhələsində Azərbaycanın 12 şahmatçısı mübarizə aparacaq. Onlardan reytinqi 2300-dən yuxarı olan Xəzər Babazadə, Əhməd Əhmədzadə, Atilla Eynullayev, Fərid Mustafayev, Read Səmədov birbaşa finalda iştirak etmək hüququ qazanıblar. Vüqar Manafov, Süleyman Süleymanlı, İsmayıl Qurbanov, Şahin Vəliyev, Elcan Əbdülkərimli, Elçin Şəkərəliyev, Yunis Mahmudzadə isə təsnifat mərhələsində yüksək nəticə göstərək həlledici mərhələyə vəsiqə əldə ediblər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən turnirin birinci mərhələsində 24 ölkədən 190 şahmatçı mübarizə aparıb. Finalda isə 54 şahmatçı gücünü sınayacaq.

Bu gün başa çatacaq turnir “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə təşkil edilib.
Yarışın təşkilində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtının səmərəli təşkili və müasir texnologiyalardan istifadə etməklə şahmatçıların təcrübələrinin artırılmasından ibarətdir.