Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 14:32:00
Onlayn tədbir: Xalqa həsr edilən ömür

Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə müasir dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Xalqa həsr edilən ömür” mövzusunda onlayn tədbir keçirilib.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, tədbirin məqsədi dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək, ümummilli liderin dövlətçiliyimiz üçün gördüyü işlər, həyat və yaradıcılığı barədə uşaq və gəncləri daha yaxından tanış etməkdən ibarət olub.