Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-08 10:32:00
“CONIM Cert” MMC-nin təlimlərində iştirak edən tələbələrə sertifikat təqdim olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera mərkəzinin təşkilatçılığı ilə Energetika və avtomatika, Metallurgiya və materialşünaslıq fakültələrinin IV kurs tələbələri “CONIM Cert” MMC-nin birgünlük ISO 50001 təlimində iştirak edib.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. Bildirilib ki, üç saat davam edən treninqdə təlimçi Fariz Məmmədov ISO 50001:2018. “Enerji idarəetmə sistemləri” üzrə müxtəlif mövzuları əhatə edən məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, təlim AzTU-nun əməkdaşlıq etdiyi “Caspian Cable” şirkəti tərəfindən maliyyələşdirilib.

Sertifikatların təqdim edilməsi mərasimində tədris işləri üzrə prorektor, professor Nurəli Yusifbəyli tələbələri təbrik edib. Bildirib ki, belə təlimlər tələbələrin karyerada uğur əldə etmələrinə geniş imkanlar yaradacaq.
Sonda tələbələrə sertifikat təqdim olunub.