Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-07 17:36:00
Buraxılış imtahanlarındakı zəif nəticələrin əsas səbəbi nə olub? -  "Suallar çətinləşdirilib və..."

11-ci siniflər üçün təşkil olunan buraxılış imtahanları yekunlaşıb və 15-16 apreldə keçirilən imtahanların nəticələri DİM tərəfindən elan olunub. Nəticələrə əsasən, məlum oldu ki, cəmi 1 abituriyent maksumum bal(300) toplaya bildi. Təhsil ekspertləri abituriyentlərin nəticələrini necə dəyərləndirir? Nəticələri qənaətbəxş hesab etmək olarmı? AzEdu.az təhsil ekspertlərinin fikirlərini təqdim edir:

 

“İmtahan suallarının çətinlik səviyyəsi bir qədər artırılıb”

 

 “2020-ci illə müqayisə aparsaq, bu ilin imtahan nəticələri daha yaxşıdır və olacaq da. Çünki ötən il pandemiya başladı, tədris müəssisələri qapadıldı və hazırlıq kurslarının, həmçinin də repetitorların fəaliyyəti dayandırıldı. İmtahan nəticəsinin yuxarı və ya aşağı olmasını yalnız maksimum bal toplayan 1 və ya bir neçə şagirdin olması ilə dəyərləndirməməlidir. Ötən illə müqayisədə imtahan suallarının çətinlik səviyyəsi bir qədər artırılıb”.

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin əfəndi bildirib. O, imtahanlarla bağlı vacib məqamı da xatırlatdı:

 

“İngilis dili fənnindən olan dinləmə mətnlərində bəzi  şagirdlər texniki problem səbəbindən sualları cavablandıra bilmədi. Qəbul imtahanları ilə bağlı yekun statistikaya baxdıqda daha çox iri şəhərlərin şagirdləri yüksək nəticələr əldə edirlər, digərlərində təssüflər olsun ki, aşağıdır. DİM-in hər hansı bölgə ilə prinsipi yoxdur ki, orada sualları xüsusilə çətinləşdirsin, sadəcə bu həmin ərazinin abituriyentlərinin bilik səviyyəsindən asılıdır. Qeyd edim ki, bu hələ 15-16 aprel tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələridir. Bütün nəticələr açıqlandıqdan sonra müqayisə edib yekun rəy bildirmək olar”.

 

“Sınaq imtahanlarında iştirak etməmək abituriyentlərin nəticəsnə birbaşa təsir göstərdi”

 

“Buraxılış imtahanında cəmi 1 abituriyent 300 bal toplasa da, ona yaxın 290-dan yuxarı toplayanlar da kifayət qədərdir. Bunun əsas səbəbi şagirdin özü əl ilə yazdığı suallarla bağlıdır. Həmçinin pandemiya şəraiti xüsusilə şagirdlərin psixologiyasına olduqca təsir etdi. Şagirdlər normal şəraitdəki kimi repetitora da müraciət edib hazırlaşa bilirdilər. Bu il verilən qərarlardan asılı olaraq ənənəvi hazırlığın müddəti xeyli azaldı. Əvvəlki illərdə şagirdlər sınaq imtahanlarında da iştirak edərək əsas imtahana hazırlıqlı olurdular. Ötən ildən belə imkanlar yox səviyəsindədir. Bu da birabaşa abituriyentlərin nəticələrinə təsir etdi”.

 

Bu fikirləri Ağdam rayon 91 nömrəli orta məktəbin direktoru, təhsil eksperti  Nemət Rüstəmli səsləndirib. O, valideynlərin şagird üzrərindəki basqısını da qınadı:

 

“İmtahanda şagirdin nəticəsinə təsir edən əsas amil valideynin onun üzərində olan basqısıdır. Sanki valideynlər övladlarını yarışda hiss edirlər. Xüsusilə başqa abituriyentlərin nəticələri ilə övladlarınınkını müqayisə edirlər. Əsas şagirdlərimizin sağlığıdır. Bütün bu pandemiya bəlasıyla yanaşı bir də evdə olan təziqlər həqiqətən yeniyetmələr üçün dözülməz olur”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları