Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 17:39:00
“Narxoz”dan UNEC-ə - Rektorun təhsil inqilabı – Məsul katibdən təhlil

Çağdaş Azərbaycan təhsilinin inkişaf mexanizmi əsasən bir nümunə - UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) faktoru  üzərində göstərilir.

 

UNEC-də son 6 ildə edilən dəyişiklər Azərbaycan ali təhsil sistemi üçün inqilabi xarakter daşıyır.  

 

Universitetin əsas uğurları, ümumiyyətlə qayəsinin dəyişməsi və UNEC brendinin yaranması, sonradan isə inkişaf etməsi professor  Ədalət Muradovun adı ilə bağlıdır.

 

Universitetin  inkişaf proqramının istiqamətləri rektor, professor Ədalət Muradovun rəhbərliyi ilə hazırlanmış “UNEC – 100” inkişaf strategiyasında özünün geniş əksini tapıb.  Bu strategiyada universitetin fəaliyyət istiqamətləri, resurslar, missiya, gələcəyə baxış və əsas dəyərlər, maliyyələşdirmə, monitorinq qiymətləndirmə məsələləri xüsusi yer tutur.


“UNEC – 100” inkişaf strategiyasında əksini tapan  müddəalar son altı ildə ardıcıl və sistemli şəkildə uğurla həyata keçirilməkdədir. Ölkəmizdə ilk dəfə elektron universitet modelinə keçid, tədris prosesinin tamamilə elektronlaşdırlıması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi, “DocNet” sisteminin və bu kimi layihələrin tətbiqi təhsil ocağına böyük şöhrət və nüfuz qazandırmışdır. UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, 104 tələbəyə xidmət edən zəngin fonda malik, müasir resurslarla təchiz edilmiş elektron kitabxananın fəaliyyəti də diqqətəlayiqdir.

 

Lakin təəssüf ki,  Azərbaycan ali təhsil (eləcə də ümumi təhsil sistemi) adına görülən bu qədər mükəmməl işlərə xələl gətirəcək yazılar, sosial şəbəkə şayiələri bitmək bilmir. Dəyişməyən isə bir gerçəklik var: Hazırda UNEC əleyhinə qeyri-obyektiv şəkildə nəsə yazmaq, təkcə bir universitetin deyil, ümumən Azərbaycan təhsilinin çağdaş inkişaf mexanizminə qarşı çıxmaqdır:

 

 

 

Təhsil  Nazirliyi  yanında  İctimai  Şuranın  məsul katibi, Azərbaycan  Gənc  Alim, Doktorant  və  Magistrlər  Cəmiyyətinin  sədri  İlqar  Orucov  UNEC-in  keçmiş  və indiki  fəaliyyətini  müqayisə  edib:

 

 

“Azərbaycanda  çox  neqativ  bir  imicə  malik  olan  və  xalq  arasında  “Narxoz”  olaraq  adlandırılan  Azərbaycan  Dövlət  İqtisad  Universiteti  məhz  professor  Ədalət  Muradovun  bu  ali  təhsil  müəssisəsinə  rektor  təyin  edilməsindən  sonra  özünün  inkişaf  və  intibah  dövrünə  qədəm  qoydu. Bu  gün  UNEC  Azərbaycan  ali  təhsil  müəssisələri  arasında  aparıcı  rola  malikdir.Ali  təhsil  müəssisəsi  olaraq  ölkəmizi  beynəlxalq  reytinq  cədvəllərində  uğurla  təmsil  edir. Çox  sevindirici  haldır  ki, UNEC  sadəcə  diplom  verən  deyil, eyni  zamanda  keyfiyyətli  kadr  yetişdirən  təhsil  müəssisəsidir. Bu  ali  təhsil  müəssisəsi  bir  tədqiqiqat  universitetidir. Çünki  burada  iqtisadiyyat  elmi  üzrə  müxtəlif  geniş  elmi  tədqiqatlar  aparılır. Bütün  bunlar  Azərbaycanın  inkişafı  ilə  ayaqlaşa  bilən  bir  universitet  modelinin  qurulmasının  göstəricisidir”.

 

İ. Orucov  UNEC ilə  olan  əməkdaşlıq  fəaliyyətlərindən  söz  açaraq  burada  tələbələrin  təhsil  keyfiyyəti  və  kitabxana  fəaliyyətinə diqqət  çəkib:

 

“Azərbaycan  Dövlət  İqtisad  Universitetində  hər  addım  tələbəyə  keyfiyyətli  təhsil  vermək, onların  gələcək  əmək  bazarında  peşəkar  mütəxəssis  olaraq  vacib  mövqelərə  sahib  olmaları   təmin  etmək  üçün  atılır. Onu  da  vurğulamaq  istəyirəm  ki, mənim  rəhbərlik  etdiyim  Azərbaycan  Gənc  Alim, Doktorant  və  Magistrlər Cəmiyyəti   UNEC  ilə  ciddi  əməkdaşlıq  edir. Bizim  əməkdaşlığımız  elm  sferasında  dünyada  gedən  trendlərin  məhz  İqtisad  Universitetində  həyata  keçirilməsi, müasir  gənc  alimlərin  yetişdirilməsi  istiqamətində  özünü  göstərir. Düşünürəm  ki, universitetin  pedoqoji  kollektivi  onun  keyfiyyətinin  simasıdır. UNEC-də  məhz  bu  cür  keyfiyyətli  müəllimlər  tərəfindən  tədris  həyata  keçirilir. Bu  universitetdə  tələbə  komitəsi  də  xüsusi  savadlı  gənclərdən  ibarətdir. Çünki  UNEC-də  keçid  balı  xeyli  yüksəkdir.  Bu  da  seçimin  çox  olması  ilə  şərtləndirilir. Eyni  zamanda  təhsilin  keyfiyyəti  baxımından  bura  müraciət  edən  tələbələrin  də  sayı  xeyli  çoxdur. Burada  hər  bir  universitet  üçün  çox  vacib  olan  müasir  kitabxana  kompleksi  fəaliyyət  göstərir. Bu  kitabxanalarda  dünyanın  ən  son  elmi-akademik  nəşrləri  təqdim  edilir. Bu  kitabxana  həm  əyani, həm  də  təkcə  UNEC  heyətinin  deyil  hər  kəsin  yararlana  biləcəyi  şəkildə  elektron  formada  fəaliyyət  göstərir”.

 

Məsul  katib, universitetin  pedoqoji  heyətinin  seçim  və  fəaliyyətindən, eyni  zamanda  tətbiq  edilən  yeniliklərdən  söz  açıb:

 

“UNEC-in  pedoqoji  heyəti  yüksək  savad  və  bacarıqlara  sahibdir. Təsadüfi  deyil  ki, onların  əmək  haqqılarının  diferensiallaşması   sistemi  tətbiq  edilir  ki,  bu  da  Azərbaycan  sistemində  bir  yenilikdir. Çox  doğru  bir  yanaşmadır. Çünki  universitet  öz  əməkdaşlarına  onların  bacarıqlarına  uyğun  olaraq  əməkhaqqı  təqdim  edir, bu  da  onların  işə  olan  marağını  artırmaq, motivasiya  etmək  və  öz  üzərlərində  davamlı  olaraq  işləmək  tələbi  yaradır. Bu  da  onların  peşəkar  müəllim  kimi  formalaşlmasında  və  tələbələrə  yüksək  xidmətində  özünü  göstərir. UNEC-in  pedoqoji  heyətində  dünyanın  müxtəlif  nüfuzlu  ölkələrində  təhsil  almış  gənclər  cəlb  edilir  və  bu  gənclər  universitetdə  öz  karyeralarını  davam  etdirirlər. Həmin  müəllimlər  təhsilə  müxtəlif  yeniliklər  gətirirlər. UNEC-in  uğurlarından  biri  də  gənclərdən  ibarət  peşəkar  komandaya  sahib  olmasıdır  və  bu   istiqamətdə  çox  faydalı  işlər  ortaya  qoyulub”.

 

O, ali  təhsil  müəssisəsində  tətbiq  edilən  medotların  tələbələrin  keyfiyyətli  kadr  olaraq  yetişməsi  üçün əhəmiyyətini  vurğulayıb:

 

“UNEC –in  əsas  məqsədlərindən  biri  də  keyfiyyətli  təhsil  verməkdir. Bu  səbəblə  universitet  çox  doğru  olaraq  verdiyi  təhsili  ölçmək  üçün  fərqli  imtahan  modelləri  təqdim  edir. Bu  yeniliklər  tələbənin  davamlı  olaraq  öz  üzrərində  işləməsinə  xidmət  edir. Çünki  müasir  çağırışların  diktə  etdiyi  mütəxəssis  davamlı  olaraq  elmi  ədəbiyyatlara  nəzər  salmağa  və  öz  ixtisası  üzrə  dünyada  baş  verən  yenilikləri  öyrənməyə  məhkumdur. Bu  baxımdan  UNEC  tələbələrə  hazırki  zamanlardan  bu  vərdişi  aşılayır  ki, bu  da  çox  doğru  yanaşmadır. Mən  UNEC-də  Təhsil  Nazirliyi  yanında  İctimai  Şuranın  nümayəndəsi  olaraq  təmsil  olunuram  və  biz  universitetin  rektoru  Ədalət  Muradovla  mütəmmadi  olaraq  təmasda  oluruq. Şahidi  oluram  ki,  burada  sadəcə  bir  məqsəd  var, təhsilin  keyfiyyətini  yüksəltməklə  Azərbaycan  xalqına  xidmət  etmək  və  hər  şeyi  tələbə  üçün  etmək”.

 

Son  olaraq  sədr  UNEC-in  gələcək  fəaliyyətinə  dair  gözləntilərindən  bəhs  edib:

 

“UNEC-in  uğurlarından  çox  danışmaq  olar. Əminəm  ki, bu  ali  təhsil  müəssisəsi  hər  il  öz  fəaliyyəti  ilə  dövlətimizin  inkişafına  paralele  olaraq  nümunələr  ortaya  qoyacaq. Hesab  edirəm  ki,  dünyada  artıq  UNEC-in  universitet  olaraq  ruhu  formalaşdırılır. İnanıram  ki, bu  universitet  öz  inkişafı  ilə  daim  uğurlara  imza  atacaq  və  Azərbaycan  ali  təhsil  sistemində  öz  qabaqcıl  mövqeyini  əldən  verməyəcək, rəqabət  mühitini  sürətləndirəcək.Bununla  da  Azərbaycan  təhsilində  öz  müsbət  və  qabaqcıl  mövqeyini  inkişaf  etdirməklə  təhsil  brendinə  çevriləcək”.