Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 17:42:00
“Təhsildə təlim və tərbiyənin vəhdəti" müzakirə edilib  

Mayın 5-də Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən “Təhsildə təlim və tərbiyənin vəhdəti" mövzusunda onlayn müzakirə təşkil edilib.

 

AzEdu.az xəbərt verir ki, müzakirədə çıxış edən Şuranın sədri Şahlar Əsgərov tərbiyənin inkişafında ictimai mənafenin önəmindən söz açıb.

 

Daha sonra təhsil nazirinin müşaviri Elnur Nəsibov mövzunun əhəmiyyətinə toxunaraq ictimai davranış qaydalarının hazırlanmasının vacibliyinə diqqət çəkib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da öz növbəsində zəfər tarixindəki qələbəmizi təlim və tərbiyənin uğurlu nəticəsi kimi nümunə olaraq qeyd edib.

 

Müzakirədə iştirak edən Şuranın digər üzvləri millət vəkili Etibar Əliyev, Nadir İsrafilov, Hikmət Əlizadə, Mirzə Cəfərzadə, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev və digər iştirakçılar mövzuya dair fikirlərini bölüşüblər, tərbiyənin elmi, pedaqoji və fəlsəfi aspektlərinə toxunublar. Bildirilib ki, tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir. Bu istiqamətdə tədqiqat və marifləndirmə işlərinin davamlı aparılması zəruridir.

 

Yekunda Şura tərəfindən ictimai davranış qaydalarının hazırlanması ilə bağlı səsləndirilən təklif qəbul edilib.