Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 13:18:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə “Karyera və iş yarmarkası”  keçirilib

4 may tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib.

 

AzEdu.az-ın nməlumatına görə, “Karyera və iş yarmarkası”ını giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, tədbirin məqsədinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı, turizm müəssisələrinə gənc və peşə təhsilli peşəkarları tanıtmaq və potensial işçiləri tapmalarına dəstək həmçinin, gənclərə iş əldə etmək imkanı vermək olduğunu bildirmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Gabala Hospitality Groupun, Qəbələ Dövlət Bədii-Tarix Qoruğunun, Qəbələ Gənclər İdman İdarəsinin nümayəndələri çıxış edərək ölkədə aparılan sosial-iqtisadi inkişaf, əhaliyə göstərilən dövlət dəstək mexanizmlər və proqramlar haqqında geniş məlumat verilib.

 

“Karyera və iş yarmarkası”na rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox işsiz və işaxtaran vətəndaş qatılıb, 132 nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halları qəbul edilib. Digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilmiş, həmçinin öz karyera hədəflərini təyin etməyə köməklik göstərilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş iş yerlərinə göndərişlər verilib. Ümumilikdə tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilib.