Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 12:40:00
Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir  

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə balıqçılıq, gülçülük, quşçuluq və ekoloji təmiz məhsulların istehsalı sahəsində fəaliyyət göstərən “LU-MUN Holdinq” MMC arasında anlaşma memorandumu imzalanıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, əməkdaşlıq memorandumunun imzalanmasında məqsəd aidiyyəti sahələr üzrə peşə təhsili səviyyəsi çərçivəsində tədris olunan proqramların və resursların təkmilləşdirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkili, eləcə də gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

 

Anlaşma memorandumu çərçivəsində razılaşdırılan əməkdaşlıq istiqamətlərindən biri də peşəyönümü işinin həyata keçirilməsinə dəstək məqsədilə peşə təhsilinin uyğun sənaye sahələri üzrə təşviq edilməsi üçün birgə işlərin görülməsidir. “LU-MUN Holdinq” MMC-nin mütəxəssisləri tərəfindən hazırda peşə təhsili üzrə aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələrə ustad dərslərinin keçirilməsi və sənaye müəssisələrinə infoturların/ekskursiyaların təşkili