Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-12 12:23:00
Kolleclərdə oxumaq istəyənlərin ən çox axtardığı suallar – Keçid balları  

Dövlət İmtahan Mərkəzi 10 iyulda əvvəlki illərin məzunları üçün V ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri bu ixtisas qrupunda kolleclər üzrə ötənilki minimal keçid ballarıdır.

AzEdu.az bunu nəzərə alaraq, “Abituriyent” jurnalına istinadən, XI sinif üzrə 2017-ci tədris ilində kolleclər üzrə formalaşan keçid ballarını mərhələli şəkildə diqqətə çatdırır:

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə ötənilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ötən il ödənişsiz əsaslarla Mühasibat uçotu 69, Maliyyə işi 66, Vergi və vergitutma 61, Bank işi 62, Statistika ixtisasları  61 bal təşkil edib. Ödənişli əsaslarla Mühasibat uçotu, əyani 58, qiyabi 56, Maliyyə işi əyani 58, qiyabi 54, Vergi və vergitutma əyani 54, qiyabi 52, Bank işi ixtisaslarında əyani 57, qiyabi 54, statistika əyani 57, qiyabi 51 bal təşkil edib;

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə ötənilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ötən il ödənişsiz əsaslarla Mühasibat uçotu 61, Maliyyə işi 60, Bank işi 61, ödənişli əsaslarla Mühasibat uçotu 57, Maliyyə işi 58, Bank işi 56 bal təşkil edib.

Bakı Qida Sənayesi Kollecinə ötənilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ötən il ödənişsiz əsaslarla taxıl və taxıl məhsullarının saxlanılması və emalı texnologiyası 54, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə 59, ödənişli əsaslarla taxıl və taxıl məhsullarının saxlanılması və emalı texnologiyası 50, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli  istifadə 55 bal təşkil edib.

Bakı Dövlət Sosial-İqtisad Kollecinə ötənilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ötən il ödənişli əsaslarla Arxiv işi və kargüzarlıq 58, Mühasibat uçotu 61, Maliyyə işi 60, Vergi və vergitutma 60, Bank işi 59,  Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı 57, ödənişli əsaslarla Arxiv işi və kargüzarlıq 55, Mühasibat uçotu 58, Maliyyə işi 56, Vergi və vergitutma 55, Bank işi 57, Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı 54 bal təşkil edib.

Növbəti yazıda digər kolleclər üzrə formalaşan keçid ballarına yer veriləcək.

Qeyd edək ki, 11 illik bazada kolleclərin ixtisas seçimi 16- 20 avqust tarixlərində aparılacaq. İxtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları