Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 18:07:00
Məktəblidən həmyaşıdlarına tövsiyə

Sizə bir sosial şəbəkədən danışacağam. Adı  #Tik-#tokdur. Bir zamanlar bu şəbəkə də həqiqətən çox maraqlı platforma idi. Hətta bir ara valdeynlərim orada video paylaşmağa icazə də verdilər. Sonra öz təşəbbüsümlə #Tik-#tokdan ayrıldım. Səbəblərimi sizinlə bölüşürəm:
- insanların boş yerə vaxtını alır;
– bizim nəsil uşaqların #psixologiyasını pozur;
– mənasız #intim #videolarla gündəm yaratmaq istəyirlər, söyülmək adiləşir;
-#intihara təşəbbüsü hiss elədim;
-yaşına uyğun olmayan #dini yürüşlərə cəlb etmək istəyirlər yeniyetmələri;
-#feminizmin (mən bu sözü eşidəndən çox sonra anamdan mənasını öyrənmişəm) azyaşlıların ağlına yerləşdirilər…
-#kriminala diqqət çəkirlər;
-#Şəhidləri alçaldır təhqir edirlər.

 

Sadaladıqlarım Tik-tok şəbəkəsində çox güman ki, bilərəkdən paylaşılır. Bu mənə görə çox pisdir.

Anamdan icazə alıb, “beş dəqiqə baxıram” dediyim yerdə saatlarca qalırdım. Ancaq elə bilirdim cəmi beş dəqiqədir oradayam. Hiss edirdim ki, normalda əsəbləşmədiyim şeylərə əsəbləşməyə başlayıram. Deyəsən artıq aludəçi olmuşdum. Əsəbləşdiyim, narahat olduğum hər şeyə görə #Tik-#toka qaçırdım. İradları qəbul eləmirdim. Çox güclü yaddaşım və dəqiqliyim zəifləyirdi.

Bir gün qərara aldım ki, on gün bu şəbəkədən uzaq durum. Hətta Tik-tok şəbəkəsini telefonumdan sildim. Hətta yadıma belə düşmədi. Hər şeyin normala döndüyünü hiss elədim. Bu gün, mayın dördündə hesabladım ki, sosial şəbəkəsiz bir aydır xeyli irəliləyişim var. Əsəblərim sakitdir, dərsə münasibətim dəyişib, yaddaşım əvvəlki halına qayıdır.
Kimi öldürdülər, kim zorakılığa məruz qaldı, kim intihar etdi, bunlar mənim yaşımın xəbərləri deyil. Ancaq sosial şəbəkə on üç yaşımda nəinki mənə bunları anlatdı. Hətta başa saldı, hətta sınamağı təklif elədi, hətta izləməyə məcbur elədi.

Düşünürəm bəlkə intiharlar da belə baş verir azyaşlılar arasında. Beynimizdə yaşımıza uyğun olmayan informasiyalar bizi yorur, bezdirir. Biz onları kimsə ilə bölüşə bilmirik. Valideynlər bu mövzularda bizdən qaçır. Və nəticə qorxulu olur.

Mən artıq sosial şəbəkədən müəyyən yaş dövrünə görə uzaq durmağa qərar verdim. Mən istədim ki, öz yaşıdlarıma duyduqlarımı danışım. Yazım, anamdan da xahiş elədim bu yazını tanıdığı jurnalist dostlarına yollasın. Çap edilsə, o əmilərə, xalalara minnətdar olacağam. Bir də valideynlərdən xahişim var. Bizi özümüzdən də, #sosial şəbəkə zərərlərindən də, təhlükəli xəbərlərdən də qorusunlar.
 

20 nömrəli məktəb liseyin 6 ç sinif şagirdi Xədicə Seyidli