Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 17:31:00
“Karyera və iş yarmarkası” keçirilib - FOTO  

Mayın 4-də “Karyera və iş yarmarkası” keçirilib. Tədbir Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində baş tutub.

 

AzEdu.az xəbər verir ki, tədbirin məqsədi işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı, turizm müəssisələrinə gənc və peşə təhsilli peşəkarları tanıtmaq və potensial işçiləri tapmalarına dəstək göstərmək, həmçinin gənclərə iş əldə etmək imkanı yaratmaqdır.

 

Mövcud karantin qaydalarına uyğun olaraq keçirilən “Karyera və iş yarmarkası”na rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox işsiz və işaxtaran vətəndaş qatılıb, 132 nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halı qəbul edilib. Digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilib, həmçinin karyera hədəflərini təyin etməyə köməklik göstərilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri tərəfindən işsiz və işaxtaran şəxslərə peşə bacarıqları, əmək vərdişləri və seçimlərinə uyğun boş iş yerlərinə müvafiq göndərişlər təqdim edilib.