Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 15:55:00
AzTU-nun əcnəbi tələbələri Hərbi Qənimətlər Parkında olub - FOTO

Mayın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, səfərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr də iştirak edib. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Qeyd olunub ki, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındasdır.

 

Sonda iştirakçıların təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.