Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 13:01:00
Marsdan vəba gəlir - Bədbin proqnoz

Marsdakı orqanizmlər dünyada ölümcül epidemiyalara səbəb ola bilər.

 

AzEdu.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Marsdan Nümunə Gətirilməsinə qarşı Beynəlxalq Komitənin (ICAMSR) üzvü Gilbert Levin deyib.

 

Onun sözlərinə görə, Marsdakı mikroorqanizmlər Yerdə dağıdıcı "Mars vəbası" pandemiyasına səbəb ola bilər:


"Marsdan Yerə daş və torpaq nümunələrinin gətirilməsi böyük risklər daşıyır. Nümunələr dünyaya təhlükəsiz qablarda gətirilsə belə, bəzilərinin qabların açılacağı laboratoriyadan sızma ehtimalının yüksək olmasından narahatam".

 

Qeyd edək ki, NASA-nın Marsa göndərdiyi "Perseverance" roverinin topladığı nümunələrin dünyaya gətirilməsi üçün qurum və Avropa Kosmik Agentliyi (ESA) 2026-cı ildə missiya göndərməyi planlaşdırır.