Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 11:46:00
LDU Meksika universiteti ilə əməkdaşlıq edəcək

Lənkəran Dövlət Universiteti (LDU)  ilə  Meksikanın Anahuac Universiteti arasında Anlaşma Memorandumumu imzalanıb.

 

AzEdu.az xəbər verir ki, Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores 06 iyun 2017-ci il tarixində Lənkərana səfəri çərçivəsində Lənkəran  Dövlət Universitetində  olarkən bu ali təhsil ocağının professor-müəllim heyəti ilə görüşmüş, maddi-texniki bazası ilə tanış olmuşdu. Görüş əsnasında  LDU-nun  rektoru, professor Natiq İbrahimova   universitetin  maddi-texniki bazası ilə tanışlıqdan məmnun  qaldığını deyən xarici  diplomat  Meksika universitetləri  ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı  əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmişdi.

 

Bu səfərdən sonra  LDU ilə Meksikanın Anahuac Universiteti arasında danışıqlar başlanmış və  əməkdaşlıq müqaviləsinin  layihəsi razılaşdırılmışdı. COVİD-19 pandemiyası səbəbindən Anlaşma Memorandumu  27.04.2021-ci il tarixində Lənkəran Dövlət Universiteti və Meksikanın Anahuac Universitetinin rektorları arasında sənədlər dövriyyəsi vasitəsilə (onlayn)  imzalanıb.

 

İmzalanan müqavilədə  hər iki universitet arasında müəllim-tələbə mübadiləsinin və akademik əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

 

Qeyd edək ki, Anlaşma Memorandumu 5 il müddətinə qüvvədə qalacaqdır.