Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-02 13:43:00
BMU-nun tələbələri sertifikatlarla təltif olunub  

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin tələbələri universitetin Elm və İnnovasiya şöbəsi, Təcrübə şöbəsi və beynəlxalq audit şirkəti olan “Baker Tilly Azərbaycan” ilə əməkdaşlığı çərçivəsində Mühəndislik layihəsində təcrübə keçiblər.

 

AzEdu.az xəbər verir ki, təcrübə müddətində yüksək nəticə nümayiş etdirən BMU tələbələri - Kamran Hacılı, Lamiyə İbrahimova və Bəhram Gülməmmədov sertifikatlarla təltif olunub.

 

Qeyd edək ki, Azərbaycan bazarında 14 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınır.