Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-01 16:37:11
Azərbaycanda daha 1 213 nəfər COVID-19-a yoluxub  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 213 yeni yoluxma faktı qeydə alınıb, 2 104 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər müalicə olunaraq sağalıb, 4 538 nəfər vəfat edib. 24 220 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 692, bu günə qədər isə ümumilikdə 3 253 878 test icra olunub.