Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-01 17:19:00
Reyhan Camalova təhsil alacağı məşhur universiteti AÇIQLADI

 

Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova təhsil alacağı universiteti açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Oxu.Az-a o, özü məlumat verib. Onun sözlərinə görə, ABŞ-da təhsil üçün cavab aldığı Pensilvaniya Universitetinin təklifini müsbət qiymətləndirib. 

 

R.Camalova deyir ki, universitetdə Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi təhsil alacaq:

 

“Böyük ehtimalla dərslərə onlayn qaydada qoşulacağam. Tədris prosesləri sentyabr ayından başlayacaq”.

 

Xatırladaq ki, R.Camalova təhsil üçün ABŞ-ın dünyaca məşhur universitetlərində qeydiyyatdan keçib və yeddi universitetdən müsbət cavab almışdı.