Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-01 12:06:00
DİM: Bu gündən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılır

Mayın 1-dən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının protokollarının və cavab vərəqlərinin emalına başlanılır.

Bu barədə AzEdu.az.a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Qeyd edək ki, DİM dünən 15 şəhər və rayonda tam (11 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirib. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 81 imtahan binası, 1343 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 220 imtahan rəhbəri, 1666 nəzarətçi–müəllim, 161 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 81 bina nümayəndəsi cəlb edilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.