Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-30 15:56:00
Türkiyə  universitetlərində  imtahanlar  təxirə  salındı – Ali təhsil heyətinin ƏMRİ

 

Türkiyədə  koronavirusa  yoluxma  sayının  artması  ilə  əlaqədar  olaraq  bütün  ölkə  ərazisində  sərt  karantin  elan  edilib.

 

Bununla  əlaqədar  olaraq, təhsil  müəssisələrinin də  fəaliyyətini  ditant  şəkildə  davam  etdirilməsinə  qərara  verilib. Bağçalar  və  tam  orta  təhsil  məktəbləri  də  daxil  olmaqla  təhsil  müəssisələrində  əyani  dərslər  birdaha  yerini  distant dərslərə  verdi.

 

AzEdu.az  xəbər  verir  ki, bundan  öncə  Ali  Təhsil  Heyəti  tədrisin  hansı  şəkildə  davam  etdirilməsi  ilə  bağlı  qərarı  universitetlərin  öhdəsinə  buraxmışdı.

 

Ancaq  tibb və  mühəndislik  kimi  ixtisaslar  üzrə  dəsrlər  əyani  keçirilirdi. Ancaq  verilən  son  qərara  əsasən, ali  təhsil  müəssisələrini  də  distant  təhsilə  keçməsinə  qərara  verildi  və  bununla  bağlı  Ali  Təhsil  Heyəti  tərəfindən  universitetlərə  tapşırıq  göndərildi.

 

Göndərilən  tapşırığa  əsasən, universitetlərdə  imtahanların  təxirə  salınması, ya  da  onlayn  keçirilməsi  bildirilib:

 

"Prezident  Administrasiyasının 26  Aprel 2021-ci  il  tarixində  keçirilən  iclas  zamanı  yoluxmanın  qarşısının  alınması  ilə  bağlı  tədbirlər  çərçivəsində  qəbul  edilən  qərarlar  əsasında  29  Aprel  2021-ci  il  saat  17:00-dan 17  May 2021-ci  səhər  saat 05:00-a  kimi  bütün  ali  təhsil  müəssisələrində  əyani  təhsildən  distant  təhsilə  keçilməsinə, əyani  şəkildə  keçirilməsi  planlaşdırılan  imtahanların  təxriə  salınması  və  ya  onlayn  şəkildə  keçirilməsinin  təmin  edilməsinə  qərar  verilmişdir. Bu  müddət  ərzində  xüsusi  ilə  laboratoriya əsaslı  və  praktika  tələb  edən  ixtisaslar   üzrə  tədris  planının   ali  təhsil  müəssislərimizin  imkanları  daxilində  lazım  gəldikdə  həftə  sonları  da  dəyərləndirilərək  konpensasiya  edilməsi  üçün  lazımı  tədbirlər həyata  keçirilməsi  xahiş  edilir"- deyə  müraciət  məktubunda  bildirilib.