Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-29 13:35:00
SOCAR-da tələbələr üçün iki aylıq maaşlı təcrübə proqramı  

“SOCAR Polymer” şirkəti 2021-ci ilin Yay Təcrübə  proqramına start verib.

 

AzEdu.az xəbər verir ki, şirkətin açıqlamasına görə bakalavr təhsili 4 illik olan təhsil müəssisəsinin 3-cü və 4-cü, bakalavr təhsili 5 illik olan təhsil müəssisəsinin isə 4-cü və 5-ci kurs tələbələri “SOCAR Polymer”in Sumqayıt şəhərində yerləşən PP və YSPE zavodlarının istehsalat sahələrində, yaxud ofis məkanlarında təcrübə keçəcəklər.

 

Proqram 8 həftə davam edəcək, bu müddətdə  təcrübəçilər ixtisaslı bir kollektivin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər.

 

Şirkət tələbələrə istehsalat təcrübəsi və yay təcrübəsi proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edir.

 

Son müraciət 17 may tarixinə qədərdir.

 

Azərbaycan müəllimi