Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 13:14:00
Almaniyada fəaliyyət göstərən gənc azərbaycanlı həkim uğura imza atdı

Almaniyada fəaliyyət göstərən gənc azərbaycanlı həkim Aydan Həsənova uğura imza atıb. O, Kemnits şəhərində yerləşən xəstəxanalardan birində Daxili xəstəliklər və qastroentrologiya sahəsi üzrə fəaliyyətini davam etdirmək üçün dəvət alıb.

 

 AzEdu.az  Aztibb.az-a  istinadən xəbər verir ki,  2019-cu ildən Almaniyada həkim olaraq fəaliyyət göstərdiyini deyən həmyerlimiz hazırda yaşlı xəstələrin sağlamlıq problemləri ilə məşğul olur.

 

Qeyd edək ki, A.Həsənova 2010-cu ildə Bakı Türk Liseyini qırmızı attestatla bitirib, 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub, burada bir il təhsil alıb. Təhsil aldığı müddətdə yüksək göstəriciləri ilə fərqlənib.

 

O, 2011-2017-ci illərdə İstanbul Universitetinin Tibb fakütləsində təhsilini davam etdirib, nəticələrinə görə 500 nəfər arasından 10-cu yerə, xarici ölkə vətəndaşları arasında isə birinci yerə sahib olub.